reklam
“Beşiktaş” Cenk Tosuna əvəzləyici tapdı -
Sportfm.az xəbər saytı

“Beşiktaş” Cenk Tosuna əvəzləyici tapdı -FOTO


Cenk Tosunu 28 milyon avroya İngiltərənin “Everton” klubuna satan “Beşiktaş” türkiyəli forvardın boşluğunu doldurub.

Sportfm.az xəbər verir ki, “qara qartallar” ABŞ-ın “Orlando Siti” klubunda çıxış edən Kayl Larini heyətinə qatıb.

İstanbul klubu MLS təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunu azad agent kimi transfer edib.

İyirmi iki yaşlı futbolçu mövsümün sonunadək 500 min avro maaş alacaq. Növbəti mövsümlərdə isə kanadalı hücumçunun illik qazancı 1,5 milyon avro olacaq. Larin tezliklə Türkiyəyə gələcək və “Beşiktaş”ın Antalyadakı təlim-məşq toplanışına qatılacaq.

Kayl 2017-ci ildə “Orlando Siti”nin heyətində 30 oyunda 12 qol vurub və 2 assist edib. Larin Kanada millisinin heyətində 20 oyun keçirib və 4 qol vurub.

Oxşar xəbərlər

“Beşiktaş”ın sabiq oyunçusu La Liqa klubunda
Ərəblərdən türkə fantastik təklif - 5 milyon avro
"Beşiktaş"ın futbolçusu Belçika klubunda
Cenk Tosun "Everton"dan ayrılacaq
Liverpul komandası Tosuna qovuşdu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər