reklam
Sportfm.az xəbər saytı

"Barselona" daha bir futbolçuya ömürlük müqavilə təklif etdi


"Barselona" müdafiəçisi Serxi Roberto ilə uzunmüddətli əməkdaşlıq etmək niyyətindədi.

Sportfm.az xəbər verir ki, Serxinin karyerasının sonuna qədər "Barsa"da qalması üçün ona ömürlük müqavilə təklif olunub. Müdafiəçi agenti ilə birgə təklifi müzakirə edərək, öz şərtlərini irəli sürüb.

Hazırda "Barselona" rəhbərliyi bu şərtləri müzakirə edir. Klub rəhbərliyindən etiraf ediblər ki, şərtlərlə bağlı müəyyən fikir ayrılığı var.

Ancaq o da vurğulanıb ki, çətin həll olunası şərtlər yoxdu. Rəhbərlik ümid edir ki, yaxın həftələrdə müqavilə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı Serxi Roberto "Barselona"nın əsas komandasında 2011-ci ildən çıxış edir. Onun qüvvədə olan müqaviləsi 2019-cu ildə başa çatır.

Oxşar xəbərlər

"Barselona" türk futbolçu ilə bağlı qərarını açıqladı
"Barselona" İniesta ilə ömürlük müqavilə imzaladı
Messiyə 100 milyon təklif etdilər
“Barselona”dan İnyestaya ömürlük müqavilə təklifi
"Barselona" daha bir yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər