İsrail Dünya Şahmat Federasiyasından təzminat istəyir -Səudiyyə Ərəbistanı viza vermədiyi üçün
İsrailin Şahmat Federasiyası, Səudiyyə Ərəbistanında ilk dəfə keçirilən Dünya Şahmat Çempionatında israilli şahmatçıların iştirakının əngəllənməsindən sonra təzminat tələb edəcəyini açıqlayıb.
Sportfm.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı yeddi İsrailli şahmatçıya viza verməyib.
Səudiyyə Ərəbistanı, Dünya Şahmat Çempionatına ilk dəfədir ki, ev sahibliyi edir.
Bu gün başlayan və şənbə gününə qədər davam edəcək Ər-Riyad şəhərindəki turnirdə 180 şahmatçının iştirakı gözlənilir.
Səudiyyənin Washington-dakı səfirliyinin sözçüsü Fatimah Baeshen Twitter-də yazıb ki, israillilərin viza tələbləri bu ölkənin Səudiyyə ilə diplomatik əlaqəsinin olmamasına görə rədd edilib.
Çempionatı keçirən Dünya Şahmat Federasiyası (FİDE) heç bir oyunçunun iştirakının qarşısının alınmaması lazım olduğunu açıqlamışdı.
İranlı və qətərli oyunçuların viza almağa nail olduqlarını açıqlayan FİDE, israilli oyunçuların ölkəyə girişi məsələsində isə Səudiyyə Ərəbistanı ilə hər hansı bir razılaşma əldə etmədiyini söyləyib.
FİDE-nin vitse-prezidenti Israel Gelfer, israilli şahmatçılara viza verilməyəcəyini və turnirin planlaşdırdığı kimi keçiriləcəyini bildirib.
İsrail Şahmat Federasiyası isə Səudiyyə Ərəbistanını "FIDE-ni çaşdırmaqda" günahlandırıb.
Federasiyanın sözçüsü Lior Aizenberg açıqlayıb ki, İsrail "peşəkar və maliyyə kimi zərəri görən" şahmatçılar üçün maliyyə təzminatı tələb edəcək.
Oxşar xəbərlər
Dünya çempionu Rusiyanın FIDE-dən kənarlaşdırılmasına qarşı çıxdı
FIDE Faiq Həsənovun yubileyini təbrik etdi
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Dünya çempionatının keçirilməsi Səudiyyə Ərəbistanı ilə müzakirə ediləcək
İsrail şahmatçılarını ölkəyə buraxmadılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası