Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xuan Mata Türkiyə Superliqasında?
"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata növbəti mövsümdən Türkiyə Superliqasında çıxış edə bilər. Komanda.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. İngilis həmkarlarımızın yazdığına görə, ölkə superkuboku uğrunda ""Lester"ə qarşı oyunun (2:1) 65-ci dəqiqəsində meydana buraxılan və 90-cı dəqiqədə əvəzlənən ispan futbolçu buna görə baş məşqçi Joze Mourinyoyla mübahisə edib. Bu hadisədən sonra isə portuqal mütəxəssisin onsuz da oyun fəlsəfəsinə uyğun saymadığı oyunçunu komandasında görmək istəmədiyi deyilir. Hazırda Matanın xidmətində iki klubun - "Everton" və "Fənərbaxça"nın maraqlı olduğu deyilir.
Matanın transfer qiyməti 20 milyon avrodu. İspan futbolçunun transfer qiyməti çox olduğundan, İstanbul klubunun onu icarəyə götürməyi planlaşdırdığı deyilir.
Oxşar xəbərlər
“Mançester Yunayted” transfer edə bilməyəcək - Maliyyə qaydalarına görə
Mata heç kimə lazım olmadı
Derbini "Mançester Yunayted" qazandı
Mourinyo qərarını dəyişdi
Bu menecer Ronaldodan da çox qazanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası