"Kim gələcək, kim gedəcək, deyə bilmərəm" -Roman Qriqorçuk
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” səfərdə “Səbail”i 4:2 hesabıyla məğlub edib. Evdə keçirdiyi ilk matçda 1:0 hesabıyla qalib gələn “qırmızı-qaralar” yarımfinala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
- Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim.
- Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?
- Hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi.
- Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?
- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik.
- Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?
- Hələ ki, bəlli deyil. (komanda.az)
Oxşar xəbərlər
"Səhv olmasa, heç kim qol vura bilməz" - Elmar Baxşıyev
Qurban Qurbanov: "Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi"
Samir Əliyev: Klub rəhbərliyi də bilir ki...
"“Qəbələ” çox güclü rəqib idi" - Samir Əliyev
Qurban Qurbanov: "“İnter”ə qarşı oynamaq çətin idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası