reklam
AFFA qərar verdi: “Region Liqası” başlayır -
Sportfm.az xəbər saytı

AFFA qərar verdi: “Region Liqası” başlayır -Püşkatma 3 şəhərdə keçiriləcək


Dekabrın 13-də "Region Liqası" turnirinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda, Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçiriləcək. 
Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək. 
Məlumat üçün qeyd edək ki, "Region Liqası"nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. 
Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq. 
Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar. 
Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

Oxşar xəbərlər

Yeni mövsümün püşkü atıldı - Region Liqası
Bugün "Karvan" - "Göygöl" matçı var - Region Liqası
Yeni mövsümün püşkü atıldı - Region Liqası
"Region Liqası”nın püşkü atıldı - "İrəvan" "Cəbrayıl"a qarşı
Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək - Kim, kimə rəqib ola bilər?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər