Bugün "Karvan" - "Göygöl" matçı var -Region Liqası
AFFA-nın keçirdiyi Region Liqasında yeni mövsümün startı tarixi dəqiqləşib.
Sportfm.az xxəbər verir ki, açılış bugün Yevlaxda olacaq.
Bu, Şimal-Qərb və Qərb zonasının "Karvan" - "Göygöl" matçıyla reallaşacaq. Yevlax şəhər stadionundakı görüş saat 14:00-də başlayacaq. Turun qalan oyunları bazar günü olacaq.
Onu da bildirək ki, son olaraq "Cəbrayıl"ın qalibi olduğu Region Liqasında yeni mövsümün püşkatma mərasimi oktyabrın 28-də keçirilmişdi. İlk turun oktyabrın sonlarında keçirilməsi planlaşdırılsa da, təşkilatı məsələlər üzündən start - noyabrın 12-13-dək yubanıb.
Xatırladaq ki, Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası. Naxçıvanda 8, digər 4 zonada 38 komanda çıxış edəcək.
Oxşar xəbərlər
Yeni mövsümün püşkü atıldı - Region Liqası
Region Liqasında ilin son turu - mərkəzi matçda qış çempionu müəyyənləşəcək
"Region Liqası”nın püşkü atıldı - "İrəvan" "Cəbrayıl"a qarşı
AFFA-dan açıqlama - Region Liqası
Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək - Kim, kimə rəqib ola bilər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası