ÇL-də püşk atıldı: "Beşiktaş" üçün "Bavariya", "Real" üçün PSJ, "Çelsi" üçün isə...
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, püşkatmada öz qruplarında ilk iki yeri tutmuş 16 komanda iştirak edəcək. Bir qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzlər.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/8 final mərhələsinin ilk oyunları gələn il fevralın 13-14-də və 20-21-də, cavab qarşılaşmaları isə martın 6-7-də və 13-14-də keçiriləcək.
Çempionlar Liqası, 1/8 final
Yuventus (İtaliya) - Tottenhem (İngiltərə)
Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə)
Portu (Portuqaliya) - Liverpul (İngiltərə)
Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə)
Real (İspaniya) - PSJ (Fransa)
Şaxtyor (Ukrayna) - Roma (İtaliya)
Çelsi (İngiltərə) - Barselona (İspaniya)
Bavariya (Almaniya) - Beşiktaş (Türkiyə)
Oxşar xəbərlər
1/8 final mərhələsinin püşkü yenidən atıldı - Çempionlar Liqası
1/8 finalın püşkü atılacaq - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması olacaq
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı
Bu gün Çempionlar Liqası və Avropa Liqasında püşk atılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası