reklam
Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim
Sportfm.az xəbər saytı

Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim


Sportfm.az AFFA-nın rəsmi saytına istinadən İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə beynəlxalq turnir çərçivəsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafleksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik. Bu gün maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”.
Mohammad Nazemalsharieh (İran millisinin baş məşqçisi): “Üç gün əvvəl İran çempionatında növbəti turun oyunları keçirildiyinə görə, futzalçılarım millinin heyətinə yorğun gəlmişdilər. Üstəlik, bir neçə gənc oyunçunu da yoxlamaq qərarına gəldik. Bu gün müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işləməliyik. İnanıram ki, Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış edəcəyik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Buna görə də belə səhvlərə yol vermək olmaz”. 
 

Oxşar xəbərlər

Rəqib baş məşqçi: Azərbaycan millisi uğurlu nəticə qazanacaq
Joze Alesio Da Silva: Onlar hələ də tam hazır deyillər
Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil
Qazaxıstan yığmasının baş məşqçisindən atmaca: Sizdə yüksək səviyyəli ölkə çempionatı yoxdur
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər