reklam
“Qarabağ”ın Romada oyundan əvvəl son məşqinin vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

“Qarabağ”ın Romada oyundan əvvəl son məşqinin vaxtı açıqlandı


UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk günündəki qarşılaşmalarla əlaqədar əlavə tədbirlərin proqramı açıqlandı.

Sportfm.az xəbər verir ki, İtaliya paytaxtında “Qarabağ” komandasını qəbul edəcək “Roma”nın baş məşqçisi Eysebio De Franseskonun mətbuat konfransı Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Saat 18:30-da isə “Roma” futbolçuları Fulvio Bernardini adına təlim-məşq bazasında oyundan əvvəl ilk məşqlərinə çıxacaqlar.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 21:30-da başlayacaq. Saat 22:00-da isə “Qarabağ” futbolçuları oyunöncəsi məşqə çıxacaqlar.

Nəzərinizə çatdıraq ki, “Roma”-“Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda start götürəcək.

Oxşar xəbərlər

“Qarabağ”ın səfər proqramı
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”
“Qarabağ” – “Bazel” - Mətbuat konfranslarının vaxtı bilindi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
“Qarabağ” klubu Romada coşqu ilə qarşılandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər