reklam
Azərbaycanlı şagird beynəlxalq turnirin qalibi oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanlı şagird beynəlxalq turnirin qalibi oldu -Rusiyada


Rusiyanın paytaxtı Moskvada 11 ölkəni təmsil edən 14 yaşadək şahmatçılar arasında beynəlxalq turnir keçirilib.

Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Bakı şəhəri 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.

G. Beydullayeva kubok, medal və diplomla təltif olunub.

Qeyd edək ki, G.Beydullayeva şahmat üzrə idman ustasıdır. O, həmçinin, şahmat üzrə 2012-2017-ci illər ərzində 5 dəfə Azərbaycan çempionu olub. Azərbaycanlı məktəbli Avropa çempionatlarında 2013-cü və 2017-ci illərdə I, 2014-cü və 2015-ci illərdə II yeri tutub. "Baku Open-2017" və "Naxçıvan Open-2017" beynəlxalq şahmat festivallarında qadınlar arasında I yerə layiq görülüb. Bu balaca qız Respublika Şahmat Olimpiadasının da dəfələrlə qalib olub.(milli.az)

Oxşar xəbərlər

“Baku Open 2023”ə qatılacaq azərbaycanlı şahmatçılar - SİYAHI
Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə döndü - FOTO
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
"Baku Open-2017" şahmat festivalında qalib müəyyənləşdi
“Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi məlumdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər