reklam
Zlatan İbrahimoviç “Los-Anceles Qelaksi” klubu ilə müqavilə imzaladı
Sportfm.az xəbər saytı

Zlatan İbrahimoviç “Los-Anceles Qelaksi” klubu ilə müqavilə imzaladı


İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” komandası ilə müqavilə bağlayıb.

Sportfm.az xəbər verir ki, isveçli hücumçu sözləşməni yanvarın əvvəlində imzalayıb. Onun “qırmızı şeytanlar”la hazırkı anlaşması bu ilin iyununadək nəzərdə tutulub. Bu səbəbdən, 36 yaşlı forvardın cari mövsümün sonunda MLS klubuna keçəcəyi ehtimal olunur.

Transfer baş tutsa İbrahimoviç Amerika liqasının ən yüksək ödənişli oyunçusu olacaq. Təcrübəli hücumçu 7,7 milyon dollar qazanacaq.

Qeyd edək ki, Z.İbrahimoviç cari mövsümdə 7 oyunda meydana çıxıb və bir dəfə fərqlənib.

Oxşar xəbərlər

"Mən Zlatanam" filminin premyerası təxirə salındı - Koronavirusa görə
“Milan” İbrahimoviçlə müqavilə bağladı - “Zlatan qayıtdı”
İbrahimoviç azərbaycanlı futbolçunu transfer etmək istəyən klubu aldı - FOTO
İbrahimoviç “Los-Anceles Qalaksi”dən getdi
İbrahimoviç İspaniyaya qayıdacağını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər