reklam
Gəncə klubunda daha bir istefa
Sportfm.az xəbər saytı

Gəncə klubunda daha bir istefa


"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirilmiş ev oyunundan (2:3) sonra istefa verdiyini xəbər vermişdik.

Sportfm.az saytı xəbər verir ki, onunla yanaşı, köməkçilərindən Xaliq Mərdanov da istefa verib. Qarşılaşmadan sonra Gəncə klubunun Müşahidə Şurasının da təcili iclası keçirilib. İclasda Diniyevlə Mərdanovun istefası qəbul olunub.

Qeyd edək ki, "Kəpəz"i kimin çalışdıracağı da böyük ölçüdə bəllidi. Belə ki, Gəncə təmsilçisinin Yunis Hüseynova tapşırılması gözlənilir. Onunla bu gün rəsmi müqavilə imzalanacaq və ictimaiyyətə təqdim olunacaq.(aut.az)

Oxşar xəbərlər

“Səbail”də istefa - İcraçı direktor vəzifəsindən getdi
Baş məşqçi yiyəsiz qalan "Kəpəz"dən getdi
"Kəpəz"də növbəti istefa
Yunis Hüseynov "Kəpəz"də baş məşqçi postunu hansı şərtlərlə qəbul edib - ÖZƏL
Şahin Diniyev istefa verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər