reklam
Yunis Hüseynov
Sportfm.az xəbər saytı

Yunis Hüseynov "Kəpəz"də baş məşqçi postunu hansı şərtlərlə qəbul edib -ÖZƏL


Şahin Diniyevin istefasından sonra “Kəpəz”in əsas komandasının baş məşqçisi Yunis Hüseynov təyin edilib. 

Sportfm.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, təcrübəli məşqçi Gəncə klubunun rəhbərliyi qarşısında müəyyən şərtlər irəli sürüb. 52 yaşlı mütəxəssisin şərtləri qəbul edildikdən sonra o klubla müqavilə bağlamağa razılıq verib. Bəs, Hüseynovun şərtləri nədən ibarətdir? Klubun MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü məşqçi Premyer Liqanın qış fasiləsində ən azı 5 futbolçunun göndərilməsini, onların yerinə daha səviyyəli oyunçuların transfer olunmasını istəyib. Yunis bəy, klubun sabiq üzvlərindən bəzilərinin də "yuvaya dönməsinin" əleyhinə deyil. İrəli sürülən şərtlər arasında, çempionatın ikinci hissəsinə hazırlıq üçün təlim-məşq toplanışının xaricdə keçirilməsidir. Hüseynovun "Kəpəz"in bazasındakı şəraitin yaxşılaşdırılması ilə bağlı tələbinin olduğu da məlum olub. 

Qeyd edək ki, Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov “Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.

 

 

 

 

Oxşar xəbərlər

Yunis Hüseynov istefa verdi
Yunis Hüseynov üçün əlamətdar oyun - 80-ci qələbə
“Kəpəz” braziliyalı futbolçu alır - Yunis Hüseynov açıqladı
Yunis Hüseynov məşqçilərlə görüşdü və əsas məqsədini açıqladı - FOTO
Diniyev "Kəpəz"də qalmaq istəmir! - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər