reklam
DÇ-2018: 29 iştirakçı məlumdur
Sportfm.az xəbər saytı

DÇ-2018: 29 iştirakçı məlumdur


2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Sportfm.az xəbər verir ki, İsveç pley-offda İtaliyanı mübarizədən kənarlaşdırmaqla mundiala yollanıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Digər 3 iştirakçının adı son 3 oyundan sonra müəyyənləşəcək.

14 noyabr. İrlandiya - Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya - Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru - Yeni Zelandiya (ilk oyun: 0:0)

Oxşar xəbərlər

DÇ-2022-nin təqvimi dəqiqləşib
Dünya Çempionatının təqvimi
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
DÇ-2018-in püşkü atıldı
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər