reklam
Həm pul, həm də paytaxtın açarını aldılar - FOTO
Sportfm.az xəbər saytı

Həm pul, həm də paytaxtın açarını aldılar - FOTO


Albaniya yığmasının üzvləri Avropa çempionatından vətənə qayıdıb. Sportfm.az xəbər verir ki, Tirana hava limanında Albaniyanın baş naziri Edi Rama təntənəli şəkildə yığma üzvlərinə paytaxtın rəsmi açarlarını təqdim edib. Yığma üzvləri pul mükafatı da alıblar. Fransadakı çıxışa görə yığma komandaya 1 milyon avro mükafat verilib. Albaniya millisi AÇ-2016-da Fransa, İsveçrə və Rumıniya ilə birgə A qrupunda mübarizə aparıb. Meydan sahiblərinə 0:2, İsveçrəyə isə 0:1 hesabıyla uduzan albanlar, son oyununda Rumıniyanı 1:0 hesabıyla məğlub edərək, qrup mərhələsini 3-cü pillədə başa vurmuşdu.  Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin kapitanı olduğu Albaniya yığması AVRO 2016-nın seçmə mərhələsində Serbiya ilə səfərdə keçirdiyi oyunda böyük insident baş vermişdi. Matçdan sonra yaranan qalmaqalı təşkil etməkdə təqsirli bilinən, Albaniyanın baş nazirinin qardaşı Olsi Rama serb polisi tərəfindən həbs edilmişdi.
Həm pul, həm də paytaxtın açarını aldılar - FOTO 

Oxşar xəbərlər

Almaniya bunu bacardı - AVRO-2024
Almaniya Macarıstanı məğlub etdi - Avropa çempionatı
Ansi Aqolli İspaniya ilə matçda "fərqləndi"
Aqollinin komandası EURO 2016 ilə vidalaşdı
"Qarabağ"ın futbolçusu diplomat oldu!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər