Azərbaycan cüdo millilərinə yeni baş məşqçi təyin edildi
Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib
Sportfm.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov verib.
O bildirib ki, kişilərdən ibarət Azərbaycan millisi ukraynalı Ruslan Maşurenkoya həvalə edilib. Sidney-2000-nin üçüncüsü və Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 46 yaşlı mütəxəssisə avstriyalı Peter Zayzenbaherin gedişindən sonra yığmamızda baş məşqçi əvəzi işləyən Fərhad Məmmədov köməklik edəcək.
Qadınlardan ibarət yığmamızda isə Elçin İsmayılovu Natiq Bağırov əvəzləyib. Sambo üzrə Avropa, cüdo üzrə ikiqat dünya və dördqat Avropa çempionu olan 53 yaşlı həmyerlimiz bu təyinatadək kişi cüdoçulardan ibarət Belarus millisində böyük məşqçi kimi fəaliyyət göstərirdi.
Oxşar xəbərlər
Millimizdə yeni baş məşqçi - Təyinat
Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlandı - SİYAHI
Millidə yeni baş məşqçi
Millimizdə yeni baş məşqçi
Yığmamızın baş məşqçisi təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək














Misli Premyer Liqası