reklam
Millidə yeni baş məşqçi
Sportfm.az xəbər saytı

Millidə yeni baş məşqçi


Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.

Sportfm.az xəbər verir ki, 29 yaşlı Elvin Məmişzadəyə yığmanın böyük məşqçisi vəzifəsi həvalə edilib.

Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandanın düşərgəsinə qoşulub.

Qeyd edək ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.

Oxşar xəbərlər

Boks Federasiyasında yeni təyinatlar
Millimizdə yeni baş məşqçi - Təyinat
Olimpiya kompleksi də işə yaradı - hazırlıq başladı
Kubalı mütəxəssis millimizə baş məşqçi təyin olundu
Azərbaycan cüdo millilərinə yeni baş məşqçi təyin edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər