“Bakı Şəhər Halqası” kimsəsiz uşaqları sevindirdi
Formula-1 yarışlarının Azərbaycanda təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) kimsəsiz uşaqlar üçün şənlik keçirib.
Sportfm.az xəbər verir ki, BŞH Akademiyasında baş tutan tədbirdə 60-dan çox kimsəsiz uşaq iştirak edib.
Şənliyin keçirilməsində məqsəd ölkədə kimsəsiz uşaqlara yaxından qayğı göstərmək və bu yolla onların vətənə layiqli gənclər kimi yetişməsinə töhfə verməkdir.
Tədbirdə çıxış edən BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova hamını kimsəsiz uşaqlara dəstək göstərməyə çağırıb: “Bildiyiniz kimi, “Bakı Şəhər Halqası” ölkədə xeyriyyə işlərinə hər zaman dəstək göstərir. Bu, şirkətimizin əsas dəyərlərindən biridir. Bu gün biz kimsəsiz uşaqları akademiyamıza dəvət edərək onlara öz qayğımızı göstərmək istədik”.
Oxşar xəbərlər
Araz Abdullayev kimsəsiz uşağı vurdu, təhqir etdi, sonra isə... VİDEO
Məcburi köçkün uşaqları Bakıda "Formula 1" ilə tanış oldu - FOTO
"Bakcell" "Formula 1"-in rəsmi dəstəkçisi olacaq
“Formula 1”ə hazırlıqla bağlı xəbərdarlıq olundu
Könüllülərin qeydiyyatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası