reklam
Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi
Sportfm.az xəbər saytı

Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi


"Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını "kral klubu”nda davam etdirmək qərarını qətiləşdirib. Apasport.az saytının İspaniyanın "Marca” qəzetinə istinadən məlumatına görə, portuqaliyalı futbolçu yeni müqaviləyə razılıq verib.
 
Belə ki, anlaşması 2018-ci ilə qədər olan Ronaldo bunun müddətini daha 2 il uzatmağa razılıq verib. Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb. Futbolçunun 21 milyon avroluq illik məvacibində bir dəyişiklik olmayacaq.
 
2020-ci ildə 35 yaşı Kriştianu Ronaldo məhz həmin vaxt "Real”ın futbolçusu kimi karyerasını bitirmək fikrindədi.
 
Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real”ın formasını geyinir.

Oxşar xəbərlər

Ronaldonu transfer etmək istəyirlər
Ronaldodan tarixi nailiyyət
Ronaldo cəzalanacaq
Ronaldo "Real"la yeni müqavilə imzaladı - FOTO
Luis Suaresin taleyinə aydınlıq gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər