Elçin Məmmədov qərar dəyişdi, "Xəmsə" 3 xaldan oldu -RƏZALƏT. FOTO
Futzal üzrə Yüksək Liqanın 5-ci turu hakim qalmaqalı ilə yadda qalıb.
Sportfm.az saytı xəbər verir ki, 2:2 hesabı ilə davam edən "Xəmsə"-"İtaldizayn" matçının sonuna 2 saniyə qalmış hakim Elçin Məmmədov ikincilərin qayda pozuntusunu qeydə alaraq oyunu saxlayıb. Həmin an 5 cərimə xalı olan "İtaldizayn"ın qapısına 10 metrlik cərimə zərbəsi təyin edilib. Lakin birdən, digər hakimlə məsləhətləşdikdən sonra fikrini dəyişən Məmmədov, oyunun vaxtının bitdiyini bildirərək, cərimə zərbəsini ləğv edib. Əl Oyunları Sarayının tribunalarında əyləşənlərin gözü qarşısında "Xəmsə"nin "haqqını tapdalayan" Elçin Məmmədov onların hesabda önə keçməsinə imkan verməyib. "Xəmsə" rəsmilərinin və oyunçuların etirazına baxmayaraq, Məmmədov qərarını dəyişməyib. Matçın bitimində ona etiraz edənlərə: mən vaxtı görmürəm, sən demə vaxt qurtarandan sonra cəriməni qeydə almışam - kimi gülüng bəhanə ilə qərarını əsaslandırmağa çalışan Elçin Məmmədovun "Xəmsə"nin 3 xal qazanmasına imkan vermədiyi açıq-aşkar göründü.
Oxşar xəbərlər
Elçin Məmmədovun idarə etdiyi oyunda 10 qol vuruldu - EKOL qalib gəldi
"İtaldizain" "Xəmsə"dən güclü oldu
"Araz" "Xəmsə"yə rəhm etmədi
"Yasamal" və "Xəmsə" məğlub oldu, lider xal itirdi
"Xəmsə" ilk xalını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı














Misli Premyer Liqası