reklam
Könüllülərin qəbuluna start verildi
Sportfm.az xəbər saytı

Könüllülərin qəbuluna start verildi


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da keçiriləcək növbəti Azərbaycan Qran-prisi üçün könüllülərin qəbuluna başlayıb.

Sportfm.az xəbər verir ki, bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunur.

Həmçinin builki hazırlıq prosesində daha çox peşəkar inkişafyönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.

Gələn mövsüm keçiriləcək Azərbaycan Qran-prisinin təşkilatçılıq işlərinə, ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur.

Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işləri başlandı - Formula 1
Marşal qeydiyyatı başa çatdı - Azərbaycan Qran-prisi üçün
Azərbaycan Qran-Prisinin marşallarının görüşü oldu - FOTO
Könüllülərin qeydiyyatına start verildi
2018 Formula 1 Azərbaycan Qran Prisinə yerli medianın akkreditasiyası ilə bağlı seminar keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər