

Yenə Gəncə, yenə rekord!
Topaz Premyer Liqasının IX turu iki rekordla əlamətdar olub.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hər iki göstərici tamaşaçı sayında gerçəkləşib. 8 min azarkeş toplayan “Kəpəz” – “Neftçi” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç “Neftçi” – “Qarabağ” qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 8 turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.
Ümumiyyətlə, IX tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord III tura aid idi – 8100 tamaşaçı.
Oxşar xəbərlər
PFL açıqladı - “Sabah” - “Qarabağ” oyunundakı azarkeş sayını
Tovuzda mövsümün rekordu - Premyer Liqa
Azərbaycan derbisində rekord qeydə alındı
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
Bir turda iki rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı