reklam
PFL açıqladı -
Sportfm.az xəbər saytı

PFL açıqladı -“Sabah” - “Qarabağ” oyunundakı azarkeş sayını


Misli Premyer Liqasının 14-cü turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib.

Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bu, mövsümün yeni rekordudur. “Bank Respublika Arena”dakı görüşə qədər rekord 3-cü turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 azarkeşi qeydə alınmışdı.

Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə bu deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 tamaşaçı qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.

Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Oxşar xəbərlər

7 min tamaşaçı - mövsümdə ikinci göstərici
Tovuzda mövsümün rekordu - Premyer Liqa
"Sabah"dan azarkeş rekordu - Premyer Liqa
Bu mövsümün yeni rekordu - Azərbaycan Premyer Liqası
Yenə Gəncə, yenə rekord!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər