Rövnəq Abdullayev cüdo zalının açılşında iştirak etdi
Oktyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) öncül qurumlarından olan xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub.
Sportfm.az xəbər verir ki, tədbirdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev zalda əməkdaşların bu idman növü ilə məşğul olmaları üçün yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.
Daxili işlər naziri yeni cüdo zalının açılışı münasibətilə şəxsi heyəti təbrik edib. O, əlamətdar hadisənin təməlində ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafına dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin verdiyi böyük dəstəyin, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin dayandığını vurğulayıb, məhz bunun nəticəsində son illər ərzində paytaxt da daxil olmaqla respublikanın digər şəhər və rayonlarında 40-dan çox yüksək səviyyəli idman obyektinin, Olimpiya idman mərkəzlərinin tikilib istifadəyə verildiyini diqqətə çatdırıb.
Nazir xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək diqqəti və təşkilatçılığı sayəsində Avropa və İslam Həmrəyliyi Oyunları, Formula-1 Bakı Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsi ölkəmizin potensialının, multikulturalizmə, sivilizasiyalararası dialoqa verdiyi mühüm töhfələrin əyani göstəricisidir.
Nəzərə çatdırılıb ki, ölkəmizdə idman sahəsində uğurların qazanılmasında daha bir önəmli amil bədən tərbiyəsinin inkişafına, kütləviləşməsinə cavabdehlik daşıyan dövlət qurumlarının, xüsusən Milli Olimpiya Komitəsi başda olmaqla müxtəlif idman federasiyalarının, cəmiyyətlərinin və klublarının vahid komanda kimi fəaliyyət göstərməsidir.
Daxili işlər orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, əməkdaşların xidməti şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən general-polkovnik Ramil Usubov polis əməkdaşlarının yeni idman kompleksində öz ustalıqlarını artırmaqla ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə daha qətiyyətli və əzmkar olacaqlarına əminliyini ifadə edib.(azərtac)
Oxşar xəbərlər
Dövlət başçısı Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - FOTO
Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı - Avropa Liqasının finalı ilə bağlı
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
Polislər tatami üzərinə çıxdı - Bakıda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Corc Rassell finişə birinci çatdı - Formula 1
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Millətlər Liqasında keçirilən görüşlərin nəticələri
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası














Misli Premyer Liqası