reklam
Sportfm.az xəbər saytı

"Atletiko" Bakıya hansı futbolçuları gətirir?


Futbol üzrə Çempionlar Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Atletiko” komandası Bakıya 20 futbolçu ilə gələcək.

Sportfm.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.

Yerli vaxtla saat 14:00-da yola düşəcək “Atletiko” Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner.

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes.

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan.

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Joao Feliks Messini arxada qoydu - La Liqa
Mövsümün ən bahalı heyəti - La Liqa
Çempionlar Liqasının rəmzi komandasında kimlər var? - FOTO
İlin ən yaxşı 11-liyinə 55 namizəd
“Real” finalın biraddımlığında - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər