Rövşən Hüseynli:“Komanda olaraq buna hazırıq”
Futzal üzrə UEFA kubokunda mübarizə aparan “Araz” dünən Bosniya və Herseqovina çempionu “Mostar”la qarşılaşıb.
Sportfm.az xəbər verir ki, 5:2 hesabı ilə qələbə qazanan təmsilçimizin qapıçısı Rövşən Hüseynli matçla bağlı fikrini AFF-nin rəsmi facebook səhifəsinə bildirib: “Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Belə olan təqdirdə rəqib bizim üstümüzə atılmağa başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdü, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər bunun davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdı. Xüsusilə də standart vəziyyətlərdən yaxşı istifadə etdik.
Artıq “Mostar”la oyunu unutmalıyıq. Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.
Qeyd edək ki, təmsilçimiz növbəti oyununu oktyabrın 12-də, Bakı vaxtı ilə saat 17:30-da Malta çempionu "St Andreus"a qarşı keçirəcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |