reklam
“Araz Naxçıvan” üçün tarixi sınaq -
Sportfm.az xəbər saytı

“Araz Naxçıvan” üçün tarixi sınaq -ÇL


Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv yer aldığı 5-ci qrupdakı ilk sınağında İsveç “Orebro”su ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək. Matçın baş hakimi ispaniyalı David Abtequya Urdanoz olacaq. Ona slovakiyalı Lukaş Peşko və çexiyalı Yan Kresta kömək edəcək.

Qrupun digər oyununda Serbiyanın “Loznika Qrad” klubu ilə Bosniya və Herseqovina “Mostar”ı üz-üzə gələcək.

Azərbaycan çempionu növbəti oyununu oktyabrın 27-də “Loznika Qrad”a qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
5-ci qrup

26 oktyabr

19:30. Araz Naxçıvan – Orebro
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya).
Mostar, “Mithad Hujdur Hujka Arena”.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" yenə uduzdu - Çempionlar Liqası
"Araz-Naxçıvan" Serbiya klubuna qarşı - Çempionlar Liqası
"Araz Naxçıvan"ın oyunlarının başlama saatı açıqlandı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın oyunları onlara tapşırıldı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bilindi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər