Bakıda dünyanın ən populyar döyüşü keçiriləcək
2018-ci ildə Bakıda WBC versiyası üzrə çempionluq görüşü keçiriləcək.
Sportfm.az xəbər verir ki, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman bu gün keçirilən mətbuat konfransında deyib.
M.Suleyman deyib: "Bakıya gəlişim hər zaman xatirimdə qalacaq. Bakıda gözləmədiyimiz qonaqpərvərlik gördük".
O qeyd edib ki, Azərbaycan Dünya Boks Şurasının 55-ci Konvensiyasının Bakıda keçirilməsi üçün bütün lazım olan şəraiti yaradıb.
M.Suleyman vurğulayıb ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir.
O bildirib ki, Azərbaycan boksçuları dünyada tanınır və uğurlu nəticələr əldə edirlər.
M.Suleyman həmçinin əlavə edib ki, Azərbaycanda Peşəkar Boks Federasiyasının yaradılması istiqamətində iş aparılır: "Biz Azərbaycana Peşəkar Boks Federasiyasının yaradılması ilə bağlı bütün lazım olan dəstəyi göstərməyə hazırıq".
Oxşar xəbərlər
Peşəkar boks üzrə yarış keçiriləcək
Azərbaycanda bir ilk - WBC ilə təlimlər - VİDEO
Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılışı oldu
"Bakıda yüksək qonaqpərvərliklə qarşılandım" - Evander Holifeld
Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası paytaxtımızda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası