reklam
Robert Prosineçki:
Sportfm.az xəbər saytı

Robert Prosineçki:"O yığmada oynamayacaq..."


2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün yığmamız Bakı Olimpiya Stadionunda Çexiya ilə oyunda 1:2 hesabı ilə məğlub olub.

Sportfm.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyundan sonrakı mətbuat konfransında bunları deyib:"Rəqib çox çətin idi. Bizim əsas problemimiz ikinci mərtəbədə uduzmağımızdır. Almaniya ilə oyundan sonra Bakıya qayıdacam. Affa ilə sonrakı taleyimizi müzakirə edəcəyik. Futbolda səhvlər olur. Burda iş həddən artıq çoxdur. Gənclərə şans vermək istəyirik. Ola bilsin ki, Mahir Mədətov start heyətində meydana çıxmadığı üçün məndən incimişdi. Dəniz Yılmaz Almaniya ilə oyunda meydana çıxmaq istəmirdi, mən olduğum müddətdə o Azərbaycan yığmasında oynamayacaq. Bizə ürəyi bizimlə olan futbolçular lazımdır. Bizim Almaniya qarşısında varlıq göstərəcəyimiz inandırıcı görünmür. Onlarla güclü yığmalar belə bacarmır".

Oxşar xəbərlər

Təmkin Xəlilzadə:"Artıq öyrəşmişik"
Robert Prosineçki:"Matçdan sonra bir-birimizin üzünə baxa bilək..."
Karel Yarolim:"Daha çox qol vura bilərdik"
Yığmamız Çexiya ilə oyunda bu start heyəti ilə çıxış edəcək - FOTO
Robert Prosineçki: Oyunumuzdan razı qaldım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər