reklam
Taleh Nəcəfzadə:
Sportfm.az xəbər saytı

Taleh Nəcəfzadə:"Onların uğur qazanacağına ürəkdən inanıram"


Oktyabın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində MMA döyüşü üzrə Dünya Çempionatı start götürəcək. 

Sportfm.az saytı xəbər verir ki, turnirdə Azərbaycan yığması da iştirak edəcək. Yığma komandamızın kapitanı Taleh Nəcəfzadə saytımıza verdiyi açıqlamada DÇ-da ölkəmizin 3 idmançı ilə təmsil olunacağını bildirdi:"Bu ilin ən mötəbər turnirlərindən biridir. A kateqoriyalı yarış hesab olunur. Çox güclü idmançılar iştirak edəcək. Qazaxıstanda 3 idmançımız - 57 kq-da Emin Hüseynov, 77 kq çəkidə Gündüz Nəbiyev və 93 kq çəki dərəcəsində Anar Məmmədov rinqə çıxacaq. Onların uğur qazanacağına ürəkdən inanıran. İlk gün 1/8 final mərhələsinin döyüşləri baş tutacaq. Sentyabrın 7-də isə açılış mərasimi ilə yanaşı, final döyüşləri keçiriləcək". 

Qeyd edək ki, Dünya Çempionatında 50-dən çox ölkənin idmançıları qüvvəsini sınayacaq. 

 

 

Oxşar xəbərlər

Paris-2024-ün lisenziya reqlamenti açıqlandı
Avropa çempionatına qatılacaq gimnastlarımız - SİYAHI
Bü gün dünya çempionatı start götürür - 4 idmançımız mübarizəyə qoşulur
Boksçularımız dünya çempionatında tam heyətlə çıxış edəcəklər
Cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər