Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
David de Xeadan yeni rekord
İspaniya millisinin qapıçısı David de Xea yeni rekorda imza atıb.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper buna EURO 2016-da Türkiyə ilə görüşdə (3:0) qapısının toxunulmazlığını qorumaqla nail olub.
Bu oyuna qədər de Xea EURO 2016-nın seçmə mərhələsində Lüksemburq, Makedoniya və Ukrayna, eləcə də turnirin final mərhələsində Çexiya ilə görüşlərdə də qapısında top görməyib. Bununla da, yığmasının beynəlxalq turnirlərdəki 5 rəsmi matçında qol buraxmayan de Xea bu göstəricidə liderliyə yüksəlib.
Qeyd edək ki, əvvəlki rekord İngiltərə millisinin qapıçısı Qordon Benksə məxsus olub. "DÇ-1966"nın 4 rəsmi görüşündə onun qoruduğu qapıya qol vurmaq mümkün olmayıb.
Oxşar xəbərlər
EURO 2016: Ronaldo rekorda şərik oldu
EURO 2016: İrlandiyadan rekord
EURO 2016: Akinfeyev əfsanələri geridə qoydu
EURO 2016; Ronaldodan daha bir rekord
EURO 2016: İspaniya millisindən rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası