Hüseynov "Qəbələ"yə qələbə qazandırdı
Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail”lə oyununa hazırlaşan “Qəbələ” bu gün yoxlama matçı keçirib.
Sportfm.az xəbər verir ki, hazırlığını Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtda MOİK-lə görüşüb. Komanda qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, Voyislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Tellur Mütəllimov, Dion Malone, Qismət Alıyev, Cavid Hüseynov, Baqali Dabo, Ruslan Qurbanov, Famussa Kone.
Roman Qriqorçukun yetirmələri ikinci hissəyə digər “11-lik”lə çıxıb: Aqil Məmmədov, Rasim Ramaldanov, Elvin Camalov, Abbas Ağazadə, Alen Askerov, Hacıağa Hacılı, Elvin Məmmədov, Roman Hüseynov, Endi Hallidey, Asif Məmmədov, Ülvi İsgəndərov.
Qarşılaşmadakı bütün qollar da ikinci hissəyə təsadüf edib. Belə ki, komandaların səylərinə baxmayaraq, ilk yarı qolsuz başa çatıb. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açmağa müvəffəq olub. Az keçməmiş “Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov Birinci Divizion təmsilçisinin qapısına yol tapıb – 2:1.
Beləliklə, “qırmızı-qaralar” 2:1 hesablı əzmkar qələbə qazanıb.
Oxşar xəbərlər
“Qəbələ”dən qələbə
"Qəbələ" sınaq matçında qalib gəldi
Ozobiç "Qəbələ"ni məğlubiyyətdən qurtardı - FOTO
Qəbələ yarımfinalda
11 azərbaycanlı, 11 legioner futbolçu ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası