reklam
Avropa çempionu olan futbolçu karyerasını bitirdi
Sportfm.az xəbər saytı

Avropa çempionu olan futbolçu karyerasını bitirdi


İtaliya milli komandasının sabiq futbolçusu Çiro İmmobile karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, son olaraq Fransanın "Paris" klubunun formasını geyinən hücumçu 36 yaşında futbolla vidalaşıb. Onun Parisin eyniadlı təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, komandanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, Çiro İmmobile karyerası ərzində "Latsio", "Borussiya Dortmund", "Yuventus", "Beşiktaş", "Sevilya", "Torino", "Cenoa", "Bolonya", "Peskara", "Qrosseto" və "Siena" komandalarının da şərəfini qoruyub.

Veteran hücumçu 4 dəfə İtaliya A Seriyasının bombardiri olub, Avro-2020-də yığma ilə qızıl medal qazanıb. İmmobile "Latsio"nun tarixinin ən sərrast futbolçusudur.

O, 2020-ci ildə "Qızıl butts" mükafatına da layiq görülüb.

Oxşar xəbərlər

İmmobile İstanbul klubunda - RƏSMİ
Millinin oyunçusu Səudiyyə Ərəbistan klublarından imtina etdi
Çiro futbolla vidalaşmaq istəyir
"Yuventus" məğlub oldu, Roma klubu kubok qazandı - VİDEO
"Sevilya"nın hücumçusu "Latsio"ya keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər