reklam
Çeferin finalı boykot edib
Sportfm.az xəbər saytı

Çeferin finalı boykot edib


UEFA prezidenti Aleksander Çeferin 2026-cı il futbol üzrə dünya çempionatının final matçına qatılmayıb.

Sportfm.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Məlumata görə, Çeferin adi şərtlərdə final oyununda mütləq iştirak edəcəkdi. Lakin o, ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ləğv edilməsinə etiraz olaraq səfərdən imtina edib.

Nəşr qeyd edir ki, bu hadisə FIFA ilə UEFA arasındakı münasibətləri ciddi şəkildə gərginləşdirib. UEFA daxilində turnirin gedişinə siyasi müdaxilədən narazılıq ifadə olunub.

Xatırladaq ki, Balogun 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasına qarşı keçirilən oyunda meydandan qovulub və ona bir oyunluq cəza verilib. Qırmızı vərəqənin ləğv edilməsindən sonra futbolçunun diskvalifikasiyası da aradan qaldırılıb və Balogun pley-off mərhələsinin növbəti turunda Belçika millisinə qarşı oyunda meydana çıxa bilib.

Oxşar xəbərlər

Baloqunun cəzası sonraya saxlanıldı
Braziliya FIFA-ya şikayət göndərdi
UEFA prezidenti İtaliyanı hədələdi
Çeferin yenidən namizəd olacaq
Trampa görə Dünya çempionatı Azərbaycanda keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər