reklam
Olimpiadada iştirak etmiş boksçu silahlı atışmada həlak oldu
Sportfm.az xəbər saytı

Olimpiadada iştirak etmiş boksçu silahlı atışmada həlak oldu


Meksikalı boksçu Raul Kastanyeda La Pas şəhərində baş vermiş atışma nəticəsində həlak olub.

Sportfm.az xəbər verir ki, 34 yaşlı idmançının avtomobilinə atəş açılıb və nəticədə onun nəqliyyat vasitəsi başqa maşına çırpılıb.

Boksçu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saat sonra keçinib.

Qeyd edək ki, 48 kq çəki dərəcəsində çıxış etmiş Raul Kastanyeda 2003-cü il Panamerika Oyunlarının bürünc mükafatçısı, 2004-cü il Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Oxşar xəbərlər

Futbolçu atışma zamanı yaralandı - Yamaykada
Ölən boksçu qızıl medala layiq görüldü
ŞOK - Dadaşov dünyasını dəyişdi
Boksçu qalib gəldiyi matçdan sonra dünyasını dəyişdi
“Qalatasaray”ın sabiq futbolçusu güllələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər