reklam
Lui van Qal “Ayaks”dan getdi -
Sportfm.az xəbər saytı

Lui van Qal “Ayaks”dan getdi -AYRILIQ


"Ayak"ın Nəzarət Şurasında futbol məsələləri üzrə müşavir vəzifəsini icra edən Lui van Qal istefa verib.
Sportfm.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

74 yaşlı mütəxəssis qərarını artıq klub rəhbərliyinə bildirib və tərəflər əməkdaşlığın başa çatdığını rəsmən təsdiqləyiblər.

Van Qal 2023-cü ilin oktyabrından “Ajax” rəhbərliyinə futbol yönümlü məsləhətlər verirdi. O, daha əvvəl də klubda texniki direktor və baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, o, qərarına səbəb kimi son illərdə klub daxilində baş verən struktur dəyişiklikləri və əvvəlki dövrdə üzərinə düşən rolun artıq tamamlanmasını göstərib.

“Ajax” rəhbərliyi Van Qala xidmətlərinə görə təşəkkür edib və onun qərarına hörmətlə yanaşdığını açıqlayıb.

Oxşar xəbərlər

Qara Qarayev "Araz-Naxçıvan"dan getdi
"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxır
Elmar Baxşıyev istefa verdi
"Qəbələ"də ayrılıq - Baş menecerini göndərdi
"Şaxtyor"da yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər