Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fransa - Norveç oyunu təxirə salına bilər -Havaya görə
DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda keçiriləcək Fransa - Norveç oyunu əlverişsiz hava şəraiti səbəbindən təhlükə altına düşüb.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 26-da ABŞ-ın Foksboro şəhərində yerləşən "Gillette Stadium"da keçirilməsi planlaşdırılan görüş güclü tufan səbəbindən təxirə salına və ya dayandırıla bilər.
ABŞ Milli Meteorologiya Xidməti matçın keçiriləcəyi ərazi üçün "potensial təhlükəli tufan" barədə xəbərdarlıq edib. Hazırda qüvvədə olan təhlükəsizlik protokoluna əsasən, ildırım və ya güclü qasırğa təhlükəsi yaranarsa, oyun müvəqqəti dayandırıla bilər.
Qeyd edək ki, bundan əvvəl Fransa millisinin İraqla Filadelfiyada keçirdiyi görüş də əlverişsiz hava şəraiti səbəbindən bir neçə saat gec başlamışdı.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər
Oyunlar təxirə salındı - Qərar
Güclü qar səbəbindən yarış təxirə salındı - Qış Olimpiya Oyunları
AFFA hava şəraiti ilə əlaqədar oyunları təxirə saldı
Premyer Liqa oyunu təxirə salındı - Qara görə
Hava şəraiti oyunları təxirə saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası