reklam
Əliyar Ağayev və Tural Qurbanova beynəlxaalq təyinat
Sportfm.az xəbər saytı

Əliyar Ağayev və Tural Qurbanova beynəlxaalq təyinat


FİFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişinyov şəhərində yerləşən “Zimbru” stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək. Hər iki oyun iyunun 5-də keçiriləcək.

Oxşar xəbərlər

Niderland – Belarus matçında azərbaycanlı baş hakim - Avropa çempionatı
Əliyar Ağayev "Olimpik"in matçını idarə edəcək - Təyinat
Əliyar Ağayev xorvatların oyununu idarə edəcək
Əliyar Ağayev DÇ-2026-nın oyununda - TƏYİNAT
Əliyar Ağayev pley-off oyununda - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər