Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Niderland – Belarus matçında azərbaycanlı baş hakim -Avropa çempionatı
FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
Sportfm.az xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.
Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Oxşar xəbərlər
Kamal Umudluya UEFA-dan növbəti təyinat - İngiltərənin oyununu idarə edəcək
Azərbaycanlı hakimə daha bir təyinat
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
Elçin Məsiyevə növbəti təyinat - UEFA-dan
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununda - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası