reklam
Qadın futbolçularımız Macarıstana qarşı
Sportfm.az xəbər saytı

Qadın futbolçularımız Macarıstana qarşı


Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

Oxşar xəbərlər

Millimiz bu gün Andorra ilə qarşılaşacaq
Millimiz dünya çempionatının seçmə mərhələsində qələbə qazandı
Azərbaycan millisi Macarıstana qarşı - Dünya çempionatı
Yığmamız Şimali Makedoniya ilə üz-üzə
Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər