reklam
Beyl azarkeşin burnunu qırdı
Sportfm.az xəbər saytı

Beyl azarkeşin burnunu qırdı


EURO 2016-nın "B" qrupunda keçirilən Uels - Slovakiya oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Uelsin futbolçusu Qaret Beyl matçdan öncə isinmə hərəkətləri zamanı bir azarkeşin burnunu qırıb.

Madrid "Real"ının ulduz futbolçusunun qapıya doğru vurduğu zərbələrdən biri tribunada əyləşən azarkeşin üzünə tuş gəlib. Nəticədə həmin azarkeşin burnu qırılıb. Az sonra hadisədən xəbər tutan Beyl dərhal həmin azarkeşdən üzr istəyib.

Qeyd edək ki, Uels - Slovakiya oyunu 2:1 hesabı ilə Britaniya təmsilçisinin xeyrinə başa çatıb.

Oxşar xəbərlər

“Beyl “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşmalıdır” - Ançelotti
Beyl yığmanın tarixinə düşdü - Ən çox oynayan futbolçu
Zədəli Beyl milliyə çağırıldı - Nonsens
Beyl ən yaxşısı oldu
Qaret Beyl ada icarəyə götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər