Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sona 3 tur qalmış 21-ci çempionluğu qazandılar
"İnter" klubu tarixində 21-ci dəfə İtaliya çempionu olub.
Sportfm.az xəbər verir ki, Kristian Kivunun baş məşqçi olduğu kollektiv buna A Seriyasında sona 3 tur qalmış nail olub.
XXXV turda "Parma"nı qəbul edən "İnter" 2:0 hesablı qələbə qazanıb. Bununla da xallarını 82-yə çatdıran "nerazzurri" ən yaxın izləyicisi "Napoli"ni 12 xal geridə qoyub.
Qolları 45+1-ci dəqiqədə Markus Türam, 80-ci dəqiqədə isə Henrix Mxitaryan vurub. Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "İnter" son 6 ildə 3-cü, Kristian Kivu isə ilk mövsümündəcə İtaliya çempionu adını qazanıb.

Oxşar xəbərlər
“İnter”in yeni baş məşqçisi müəyyənləşdi
A seriyasında çempion müəyyənləşdi
Çalhanoğludan bir ilk
"Zenit" 8-inci dəfə Rusiya çempionu oldu - Uğur
"İnter" İtaliya çempionu oldu - 11 ildən sonra
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi

Misli Premyer Liqası