reklam
Sportfm.az xəbər saytı

"İnter" İtaliya çempionu oldu -11 ildən sonra


Futbol üzrə İtaliya A Seriyasında "İnter" klubu 11 ildən sonra çempion adını qazanıb. 
Sportfm.az xəbər verir ki, bu, XXXIV turda "Atalanta"nın səfərdə "Sassuolo" ilə 1:1 hesablı bərabərlikdən sonra müəyyənləşib. 
Hesabat turunu "Krotone" üzərində 2:0 hesablı qələbə ilə tamamlayan "İnter" xalını 82-yə çatdırıb. Antonio Kontenin baş məşqçi olduğu komanda sona 4 tur qalmış ən yaxın izləyiciləri "Atalanta" və "Milan"ı 13 xal geridə qoyub.
Bununla da "Yuventus"un ardıcıl 9 mövsümlük hegemonluğuna son qoyulub. "İnter" isə tarixində 19-cu dəfə İtaliya çempionu adını qazanıb. Sonuncu dəfə bu komanda 2009/2010 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında A Seriyasının qalibi olub. Həmin vaxt "İnter" həm də İtaliya Kuboku və Çempionlar Liqasını əldə edib.

Oxşar xəbərlər

Superkubokunun qalibi məlum oldu
Bu gün derbi var - "Milan" - "İnter"
"Milan, "Yuventus", "İnter" və "Roma"dan məğlubiyyət - A Seriyası
"Yuventus" çempion ola bilməyəcək! - Seriya A
“Milan” evdə, “Yuventus” səfərdə - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər