reklam
Vilayət Eyvazov idmançı rəisi işdən çıxardı
Sportfm.az xəbər saytı

Vilayət Eyvazov idmançı rəisi işdən çıxardı


Azərbaycanda polis rəisi nöqsanlara görə işdən çıxarılıb.

Sportfm.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsində azad edilib.

Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Oxşar xəbərlər

Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Mövlud Mirəliyev yeni vəzifəyə təyin olundu
Dünya ikincisi rəis təyin edildi
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Polis əməkdaşları hədəfi nişan aldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər