Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşləri "Sumqayıt"a 11 min manat ziyan vurdu
AFFA İntizam Komitəsi "Sumqayıt"ı 12 500 manat cərimələyib.
Sportfm.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqasında XXIX turun “İmişli” ilə səfər matçında baş vermiş olaylar səbəb olub.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin formasında qüsurlar olması səbəbindən gec başlayıb. Bununla əlaqədar klub 1 500 manat cərimə edilib.
Oyun zamanı “Sumqayıt” azarkeşləri futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlanıb. Nəticədə klub 8 000 manat ziyana düşüb.
Matç bitdikdən sonra qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu isə “Sumqayıt”a 3 000 manat cərimə bahasına başa gəlib.
“İmişli” də cəzasız qalmayıb. Klub 5 üzvünün sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib.
Qeyd edək ki, aprelin 25-də Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş matç "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Oyunu cəmi 60 azarkeş izləyib.

Oxşar xəbərlər
AFFA bu klubları cərimələdi
AFFA klubların cəzasını açıqladı - QƏRAR
AFFA Premyer Liqa klublarını cərimələdi
Premyer Liqa klubları cərimələndi
Premyer Liqa klubları cərimələndi - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası