reklam
Lamin Yamal zədələndi
Sportfm.az xəbər saytı

Lamin Yamal zədələndi


"Barselona"nın futbolçusu Lamin Yamal zədələnib.

Sportfm.az xəbər verir ki, 18 yaşlı hücumçu İspaniya La Liqasının 33-cü turunun "Selta"ya qarşı ev oyununda (1:0) sıradan çıxıb.

O, ilk hissənin sonlarında penalti qazanıb və zərbəni özü vurub. Bundan sonra Yamal meydanda buduna yapışaraq uzanıb. Daha sonra o, meydanı tərk edib.

ESPN-nin yaydığı məlumata görə, ilkin diaqnoz bud əzələsinin yırtığıdır. Forvardın cari mövsüm meydana çıxa bilməyəcəyi gözlənilir. Lakin futbolçunun daha dəqiq durumu bugünkü tibbi müayinədən sonra müəyyənləşəcək.

Yamal 2025/26 mövsümündə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib

Oxşar xəbərlər

Lamin Yamal La Liqada yeni rekorda imza atdı
Yamal Pelenin rekordunu təkrarladı
Yamal La Liqada ən yaxşı seçildi
Lamin Yamal UNİCEF-in səfiri oldu
Lamin Yamal Ginnesin Rekordlar Kitabında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər