Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİFA "Barselona"ya təzminat ödəyəcək
FİFA “Barselona”ya vingeri Rafinya Diasın zədəsi ilə bağlı kompensasiya ödəməli olacaq.
Sportfm.az xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya millisinin Fransa yığması ilə keçirdiyi yoxlama oyununda (1:2) zədələnib. O, fasilədə məcburi əvəzlənib.
Bu ödəniş FİFA-nın Klubların Müdafiə Proqramı çərçivəsində həyata keçiriləcək.
Braziliyalı futbolçunun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Qaydalara görə, oyunçunun bərpa müddəti minimum 28 günü keçirsə, klub kompensasiya almaq hüququ qazanır.
Rafinyanın 28–29 aprel tarixlərində meydana qayıtması halında “Barselona” azı 143836 avro məbləğində kompensasiya əldə edəcək. O, daha uzun müddət sıradan çıxarsa, bu məbləğ hər əlavə gün üçün artacaq.

Oxşar xəbərlər
Osimhen əməliyyat edildi - 6 həftə yaşıl meydanlardan uzaq qalacaq
“Barselona” yarımmüdafiəçisinə qiymət qoydu - 120 milyon
"Qarabağ"ın daha bir futbolçusu sıradan çıxdı
FIFA "Liverpul"a kompensasiya ödəyəcək - 2 milyon
Messi zədələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası