reklam
Millilərimiz reytinq turnirində
Sportfm.az xəbər saytı

Millilərimiz reytinq turnirində


Sabah Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri start götürəcək.

Sportfm.az xəbər verir ki, ilin ikinci reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təmsil edəcək.

“Olimpik Park”da təşkil ediləcək turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Turan Bayramov, Kənan Heybətov (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

Yarışın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Hikmət Haqverdiyev, Rəşad Məmmədov (hər ikisi 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə (hər ikisi 60 kq), Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov (hamısı 63 kq), Məhəmməd Şükürzadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) Tiranada çıxış edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 13:30-da start götürəcək. Medallar uğrunda qarşılaşmalar isə 21:00-da başlayacaq.

Reytinq turnirində I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Ölkəmizi Macarıstanda təmsil edəcək güləşçilər
Millilərimizin Avropa çempionatı üçün heyətləri
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Millimizin heyəti açıqlandı - SİYAHI
Qazyumov millimizə görün kimləri cəlb etdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər