reklam
Modriç vətəninə qayıdır
Sportfm.az xəbər saytı

Modriç vətəninə qayıdır


“Milan”ın yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra vətəni Xorvatiyaya dönüb, karyerasını Zaqreb “Dinamo”sunda davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

40 yaşlı futbolçu peşəkar karyerasına məhz “Dinamo”da başlayıb və klub prezidenti Zvonimir Bobanın onun pərəstişkarı olduğu bildirilir. O, “Dinamo”ya keçid variantını nəzərdən keçirir, ancaq digər seçimlər də mümkündür.

“Milan” xorvat yarımmüdafiəçi ilə müqavilənin müddətini bir il uzatma şərtinə sahibdir və klub futbolçunun qalmasını istəsə də, yalnız Modriç özü razılaşarsa, bu bənd aktivləşdiriləcək. Həmçinin, onun karyerasını bitirmə ehtimalı da var.

40 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə “Milan”la 28 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Luka Modriç A Seriyasında tarix yazdı
“Dinamo” azərbaycanlı futbolçu ilə müqaviləni uzatdı
Luka Modriç "Real"da tarix yazdı
Luka Modriç "Real"dan ayrılır - İddia
Luka tarixə düşdü - qocalmaq bilməyən Modriç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər